Valyuta
(+994 12) 489 80 80; (+994 50) 290 29 39
Luxen Plaza, Xətai pr., 34
info@recapital.az

GRAND PARK

Grand Park kompleksi Bakının Şıxov qəsəbəsində yerləşən, premium yaşayış standartlarını özündə birləşdirən, qapalı tipli kompleksdir. Müasir memarlıq üslubu ilə seçilən bu kompleks, həm şəhərin mərkəzinə yaxın olmaq istəyənlər, həm də dənizkənarı ərazidə sakit və komfortlu bir yaşayış arzulayanlar üçün ideal seçimdir. Şəhər mərkəzinə cəmi 10 dəqiqəlik məsafədə yerləşməsi və müxtəlif yol qovşaqlarına yaxınlığı sakinlərin həm iş, həm də gündəlik həyatlarında rahatlıq təmin edir.

Grand Park kompleksi iki 6 mərtəbəli binadan ibarətdir və ümumilikdə 7 bloku əhatə edir:

  • 1-ci bina: 3 blokdan ibarətdir.
  • 2-ci bina: 4 blokdan ibarət olub,

Hər mərtəbədə  2 mənzil yerləşir ki, bu da sakinlərin rahatlığını təmin edir. Mənzillər geniş və işıqlı dizaynı ilə yanaşı, müasir yaşayış standartlarına uyğun olaraq inşa olunmuşdur.

Kompleks sakinlərinin həyatını daha da asanlaşdırmaq və komfort səviyyəsini yüksəltmək üçün bir çox üstünlüklə təmin edilmişdir:

  • Fasiləsiz su, qaz, elektrikyüksək sürətli internet təminatı;
  • Müasir liftlər, sakinlərin və qonaqların rahat hərəkətini təmin edir;
  • Yeraltı parkinq, avtomobil sahiblərinin təhlükəsizliyini və rahatlığını təmin etmək üçün xüsusi dizayn edilmişdir;
  • 24/7 mühafizə xidməti, kompleksin təhlükəsizliyini ən yüksək səviyyədə qoruyur.

Grand Park kompleksi – sizin rahat, təhlükəsiz və komfortlu həyatınızın ünvanıdır!

Xüsusi hazırlanmış dizayn və mükəmməl planlaşdırma