11 mərtəbəli “Megacity” yaşayış kompleksi restoranlar, universitetlər, parkların yaxınlığında, Elmlər Akademiyası metrostansiyasından bir neçə dəqiqəlik məsafədə, Hüseyn Cavid parkına və füsunkar görkəmli Bakı Alov Qüllələrinin yaxınlığında yerləşir.
Bakı şəhəri tarixi abidələrlə zəngin bir şəhərdir və aşağıda “Megacity” yaşayış kompleksindən ən tanınmış nöqtələrə qədər olan məsafələr gönstərilir:
Kompleksin əsas üstünlükləri bunlardır:
Yaşayış kompleksinin daxilində 2 mərtəbəli Fitness / Spa Mərkəzi FS-Club;
Uyğun yerləşmə;
Mərkəzə yaxınlıq;
İnkişaf etmiş infrastruktur;
Təhlükəsiz və etibarlı ərazidə səliqəli, görünüşlü bir həyət.
Yaşıllıq, rahatlıq və təhlükəsizlik.
Binanın həyətində sakinlər üçün yaradılmış xoş aura.
Komplesin geniş və abadlaşdırılmış həyəti.
14 yataq otağından ibarət olan dupleks mənzil yataqxanaya uyğun təmir və lazımi mebel ilə təchiz olunub. Hər otaqda çarpayı, qarderob və iş masası vardır, bundan əlavə yaşayanların rahatlığını təmin etmək üçün hər otaqda şəxsi istifadəsi üçün sanitar qovşağı ilə təchiz olunub. Rahat mühit yaratmaq üçün otağın sahəsindən asılı olaraq 2 – 3 çarpayı qoyulub.
Mənzilin birinci mərtəbəsində camaşırxana və mətbəx yerləşir, yataq otaqlar isə mənzilin ikinci mərtəbəsində yerləşirlər.
“Megacity” yaşayış kompleksinin 10-cu mərtəbəsində yerləşən iki 5 otaqlı mənzil müxtəlif sahələrdə istifadə üçün təmir olunub. 4 otaq şəxsi sanitar qovşağı ilə təmin olunub, mətbəxdə lazımi mebel quraşdırılıb və məişət avadanlıqları ilə təchiz olunub, digər 1 otağın isə eyvana çıxışı var.
Hər mənzil ayrı ayrılıqda da icarəyə təkliflər üçün açıqdır.