PALMA VİLLAGE
PALMA VİLLAGE
“Palma Village” yaşayış kompleksi, mülayim iqlimə malik və Xəzər dənizinə yaxın yerləşən Mərdəkanda yerləşir. Kompleks, 2 hektarlıq ərazidə tamamilə yenidən yaradılmış landşafta malikdir.
Palma Village yaşayış kompleksi 4 məhəllədən ibarətdir və hər məhəllə bir neçə evdən təşkil olunub. Tikinti ərazisində torpaq sahələri müxtəlif ölçülərdədir, 650-1125 m² arasında dəyişir. Kompleksdə memarlıq baxımından oxşar, lakin sahələri fərqli olan 17 fərdi yaşayış evi və qapalı həyət inşa edilib.
Evlərin düzgün layihələndirilməsi insolyasiya tələblərinə uyğun olaraq ən yaxşı coğrafi istiqamətdə yerləşdirilib. Bu da iqlim və təbii işıqlandırma şəraitindən səmərəli istifadəni təmin edir. Həmçinin, qonşu torpaq sahələrinin şaquli planlaşdırılması zamanı yağıntılar və suvarma sularının bir qonşunun torpağından digərinə axmasının qarşısını almaq üçün tədbirlər görülüb. Sakinlər üçün əlavə olaraq ərazidə təmizlik, yaşıllıq sahələrinə və qazonlara qulluq xidməti də mövcuddur.
Kompleksdə mərkəzləşdirilmiş su təchizatı təmin edilib. 60 m³ tutumlu su anbarı fasiləsiz su verilməsini təşkil edir və artezian quyuları fövqəladə hallarda su təchizatını təmin edir.Palma Village müasir mühəndislik sistemləri ilə təchiz olunub. Yaşayış evləri istilik sistemləri, internet və televiziya ilə təmin edilib. Ərazi ümumi mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulub. Təhlükəsizlik məqsədilə kompleksin vahid giriş-çıxışı var və girişdə mühafizə sistemi fəaliyyət göstərir. Yalnız sakinlərə məxsus avtomobillərin daxil olmasına icazə verilir. Yollarda və ictimai yerlərdə quraşdırılmış müşahidə kameraları sakinlərin şəxsi həyatına müdaxilə etmədən təhlükəsizliyini təmin edir.