Valyuta
(+994 12) 489 80 80; (+994 50) 290 29 39
Luxen Plaza, Xətai pr., 34
info@recapital.az

XİDMƏTLƏR

“Real Estate Kapital” MMC daşınmaz əmlak obyektlərinizi idarə etmək, onları dinamik biznes portfelinə çevirmək və əmlakla əlaqədar digər ehtiyaclarınızı qarşılamaq üçün müxtəlif xidmətləri təklif edir. Çalışdığınız sektordan asılı olaraq, əmlak və biznes sektorlarına düşüncə və tövsiyələrimizi təqdim etmək üçün hazırıq. Korporativ əmlak mülkiyyətçisi, investor, fərdi əmlak sahibi və ya icarədar olmağınızdan asılı olmayaraq, prosesin hər bir addımında dəyərlərə əsaslanan peşəkar yanaşma nümayiş etdirərək müvəffəqiyyətli olmağınız üçün bütün imkanlarımızdan istifadə edəcəyik.

“Real Estate Kapital” MMC heyəti texniki xidmətlər proseslərini idarə etməkdən tutmuş, icarə müqavilələrinə kimi hər bir detalı əhatə edən əmlak idarəetmə xidmətlərini təmin etmək üzrə ixtisaslaşıb. Portfelimizə ofis, ticari, yaşayış, sənaye və digər kompleks əmlaklar daxildir. Əsas yanaşmamız yeni müştəriləri və icarədarları cəlb etmək, icarədarlarınızla ünsiyyətinizi yüksək səviyyədə saxlamaq, əməliyyat xərclərini minimuma endirməklə, əmlakınızın gəlirliyini, səmərəliliyini və müştəri xidmətinin səviyyəsini artırmaqdır. Mülkünüzün səmərəli, etibarlı və davamlı şəkildə idarə edilməsini yüksək səviyyəli xidmət göstərməklə təmin edirik.

 

“Real Estate Kapital” MMC ilə tərəfdaşlıq edərək, Siz hər bir əmlakınızda uzunmüddətli uğurlar, işgüzar fəaliyyətinizə tam diqqət, əmlakınızın daim dəyişən ehtiyaclarını idarə edəcək ən aparıcı məsləhətçilərin tövsiyələri ilə qarşılaşacaqsınız.

“Real Estate Kapital” MMC maliyyə qurumlarına, təsisatlara, fərdi portfolio sahiblərinə və daşınmaz əmlaka investisiya qoymaq arzusunda olan, sərmayənin diversifikasinı arzu edən və daha effektiv gəlir əldə etmək istəyən fiziki və hüquqi şəxslərə investisiyanın idarəolunması xidmətlərini göstərir.

 

Müştərilərimizin tələb və məqsədlərinə uyğun investisiya strategiyasını hazırlayaraq, investisiya imkanlarının proqnozunu təqdim edirik. Müştərilərimizin sabit, uzunmüddətli dövriyyəsinin saxlamasını və biznes fəaliyyətləri üçün məsləhət, peşakar səviyyədə idarə olunan əmlak aktivlərin rəqabətə davamlılığını təmin edirik. Peşəkar komandamız investorların, mülkiyyətçilərin, fərd və sahibkarların sərmayə sahəsində məqsədlərinə çatmaqda köməklik edir.

“Real Estate Kapital” MMC komandası əmlak aktivlərinizin fərdi və portfel şəklində qiymətləndirməsini aparır. Biz təhlil və tədqiqat metodları əsasında işi icra edir, qiymətləndirmə, tədqiqat işləri, bazar təhlili, tendensiyalar və əlverişli imkanlar müəyyənləşdiririk. Qiymətləndirmə üzrə peşəkar tərəfdaşlarımız təcrübə və resurslarına əsaslanaraq əmlakınızın dəyərinin bütün aspektlərini araşdırır.

İcarəçinin təmsilçiliyi xidməti baxımından biz bazar biliklərimizə və illərlə əldə etdiyimiz təcrübələrə arxalanaraq diqqət və bacarığımızı icarəçinin peşakar xidmət almasına yönəldirik. Həm icarəçi, həm də icarədarların ehtiyaclarını anladığımız üçün danışıqların hər iki tərəfə uyğun olan bir tərzdə aparılmasını təmin edirik. Döğru seçim yalnız düzgün məkan tapmaq deyil. Bu, eyni zamanda vaxt və uğurlu maliyyə planlaması anlamına gəlir.

 

Döğru sahənin seşimi işininzin bir uğur parçası olur, biznes şəbəkənizin inkişafı və proseslərinn iş fəaliyyətinizə müsbət təsir göstərməyinə köməklik edir. Qeyd olunanları nəzərə alaraq bazar təhlili, sahələrin mövcudluğu/doluluq təhlili, o cümlədən icarə ilə əlaqədar xərclərin və risklərin idarə edilməsi, iş yerinizin rahatlığını təmin edən məkanın müəyyən edilməsi əqsədilə danışıqlar, müzakirələr aparırıq.

“Real Estate Kapital” MMC kommersiya tipli daşınmaz əmlak əldə etmək, satmaq və ya icarəyə götürmək üçün şirkətləri, qurumları və fiziki şəxsləri təmsil edir. Heyətimiz daşınmaz əmlak sahəsində  biliklərini, biznes əlaqələrini və zəngin məlumat bazasının vasitəsilə fəaliyyətiniz üçün ən əlverişli şərtlərlə doğru seçim müəyyənləşdirmək üçün zəruri proqnoz və tendensiyaları izləyir, ən uyğun qərar qəbul etmək imkanlarını qiymətləndirir.  Müştərilərimizə peşəkar təcrübə, daşınmaz əmlak üzrə kreativ həllər və dəyərli nəticələr təqdim edir.

“Real Estate Kapital” MMC Sizə daşınmaz əmlak və biznes investisiyaları barədə tam məlumatların əldə olunması və doğru seçim haqda qərar verilməsində dəstək olacaqdır. Risklər, xərclər və imkanlar arasında tarazlığı saxlamaq üçün peşəkar yanaşmaya ehtiyac duyulur və daşınmaz əmlak üzrə ekspertlərimiz, məsləhətçilərimiz texniki-iqtisadi qiymətləndirmələr, xərclər-gəlirlər təhlili və real zamanda bazar təhlili hesabatlarını hazırlayaraq Sizə dəstək olmağa hazırdırlar. Məqsədimiz işgüzar fəaliyyətinizin böyüməsi üçün qarşınıza qoyduğunuz məqsədlərə çatmağınıza kömək etməkdir. “Real Estate Kapital” MMC-nin məsləhətçiləri rəqabət mühitlərində və müxtəlifliklə seçilən daşınmaz əmlak bazarında inkişaf etmək üçün unikal strategiyalar təklif etməyə hazırdırlar.

“Real Estate Kapital” MMC Azərbaycanda beynəlxalq təcrübədən istifadə edərək bazar araşdırma xidmətləri ilə yerli bazara yeni nəfəs gətirən ilk və qabaqcıl daşınmaz əmlak şirkətidir.

Biz daşınmaz əmlak bazarını hədəfə alan məlumatları toplayır, şərh edir, təhlil və hesabatlar hazırlayır və onları asanlıqla duyulacaq bir şəkildə təqdim edirik.

Biz daşınmaz əmlak araşdırması və təhlilinə innovativ, muasir statistik yanaşma tətbiq etməklə, bu sahədə dinamikanı izləməklə, əsas diqqəti müştərilərimizin tələblərini qarşılamaq üçün yaradıcı həllər təqdim edirik.