«Invest Residence» Yaşayış Kompleksi Bakı şəhərinin nüfuzlu və gözəl infrastrukturaya malik olan Nərimanov rayonunda yerləşir. Kompleksin yaxınlığında ADA Universiteti, Bakı Zooloji Parkı, Gənclik Mall və ən yaxın metrostansiya isə Gənclik stansiyadır. Yaşayış kompleksinin yerləşməsi şəhərin dörd istiqamətində rahat hərəkət etməyə imkan verir. Yaşayış kompleksi ümumi 1900 m2 sahəsində tikilməktdədir. Hal-hazırda tikinti 12-ci mərtəbədə davam edir. İki mərtəbəli yeraltı dayanacaqda 34 ədəd avtomobil yerləşə bilər. Dayanacaqda həmçinin velosipedlər üçün yer ayrılmışdır. Dayanacağın hər iki mərtəbəsində lift çıxışları vardır. Yaşayış kompleksi 2 blokdan, hər blok 16 mərtəbədən və cəmi 128 mənzildən ibarətdir. Mənzillər ümumi 9 növ olmaqla 1, 2, 3 və 4 otaqlardan ibarətdir. Binaya xidmətin göstərilməsi bina tam təhvil verildikdən sonra normativlərə uyğun olaraq xidmət olunacaq və standard olaraq Bakı şəhərində aidiyyəti zonalara uyğun olan xidmət haqqı tarifləri tətbiq ediləcək.
Kompleks haqqında məlumat:
Ümumi mərtəbəliliyi – 16;
Bina ekoloji cəhətdən təhlükəsiz və keyfiyyətli izolyasiya materialı ilə işlənəcək və müasir görünüşlü fasad ilə örtüləcək;
Həyəti təxminən 500-600 m2 və binanın həyətində sakinlərin istifadəsi üçün şərait yaradılacaqdır;
Yeraltı dayanacaqlarda liftlərə çıxış;
Rahat və müasir liftlər;
Müxtəlif ölçülü mənzillər mövcuddurlar: 35 m2-dan – 198 m2-a qədər;
Mənzillərdə tavanın hündürlüyü 3.3 m;
1ci yaşayış mərtəbəsinin yerdən hündürlüyü 10 m-yə yaxındır;
Kompleksi bir neçə gün ərzində müstəqil şəkildə su ilə təhciz edə biləcək su ehtiyyat sistemi;
Generator;
Fərdi istilik sistemi üçün qaz təhcizatı;
TV, İnternet və telefon sistemləri;
Yanğın təhlükəsizlik sistemləri ilə təchiz olunacaq.